Ana Sayfa > Karusel / Region > Putin qalmaqallı sənədin ratifikasiyasını ləğv edən qanunu imzaladı

Putin qalmaqallı sənədin ratifikasiyasını ləğv edən qanunu imzaladı


2-11-2023, 17:04. Yazar: Admin

Rusiya prezidenti Vladimir Putin Nüvə Sınaqlarının Hərtərəfli Qadağan edilməsi Müqaviləsi ratifikasiyasını ləğv edən qanunu imzalayıb.

Qarabaginfo.az xəbər verir ki, sənəd hüquqi aktların rəsmi portalında dərc olunub.

Bu, 1996-cı ildə qəbul edilmiş və Nyu-Yorkda Rusiya adından imzalanmış “Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında Müqavilənin ratifikasiyası haqqında” Qanunun 1-ci maddəsini ləğv edir.

Qanun layihəsinin müəllifləri Rusiya Dumasının demək olar ki, bütün deputatları (450 nəfərdən 438-i), o cümlədən spiker Vyaçeslav Volodin və parlament fraksiyalarının rəhbərləri olub.

Prezidentin sözçüsü Dmitri Peskov bildirib ki, sənədin ratifikasiyasını geri götürməzdən əvvəl ABŞ-la təmaslar tələb olunmur. Kreml nüvə sınaqları keçirməyi planlaşdırmadığını da əlavə edib.


Geri dön