Ana Sayfa > Karusel / Gündəm > Gömrükdən gizli yolla 53 min dollar keçirmək istədi
Gömrükdən gizli yolla 53 min dollar keçirmək istədi16-09-2020, 14:36. Yazar: Admin |
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda xarici valyutanın bəyan edilmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Qarabaginfo.az-a verilən məlumata görə, Bakı-Dubay aviareysi ilə gedən Gürcüstan vətəndaşı saxlanılıb.
Sərnişin gömrük nəzarəti zonasına daxil olarkən valyutanı gömrük orqanına əvvəlcədən şifahi, elektron və ya yazılı formada bəyan etməyib.
Ona məxsus əl çantası rentgen aparatından keçən zaman monitorda şübhəli predmetlərin təsvirləri müşahidə edildiyindən, çantaya təkrar baxış keçirilməsi üçün vətəndaş yoxlama otağına dəvət olunub.
Yoxlama zamanı əl çantasının ciblərində, gömrük nəzarətinə bəyan edilməyən 53 000 ABŞ dolları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır. Geri dön |