Ana Sayfa > Karusel / Gündəm > Rəsmi Moskvadan Paşinyan-Əsədov görüşünə REAKSİYA
Rəsmi Moskvadan Paşinyan-Əsədov görüşünə REAKSİYA2-11-2023, 15:53. Yazar: Admin |
Moskva Ermənistanla Azərbaycan arasında gərginliyin azalmasına gətirib çıxara biləcək təmasları alqışlayır. Xatırladaq ki, oktyabrın 26-da Tbilisidə üç ölkənin baş nazirlərinin üçtərəfli görüşü keçirilib. Nikol Paşinyan, İrakli Qaribaşvili və Əli Əsədov arasında danışıqlar bir neçə saat davam edib. Moskvanın mövqeyini ifadə edən Zaraxova vurğulayıb ki, 2020-2022-ci illərdə qəbul edilmiş üçtərəfli sazişlər Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üçün yol xəritəsi olaraq qalır. "Bura ölkələr arasında sülh müqaviləsinin imzalanması, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması, sərhədlərin demarkasiyası, vətəndaş cəmiyyəti səviyyəsində dialoq və s. daxildir", - Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib. Geri dön |