Ana Sayfa > Karusel / Dünya > Zaxarova Ermənistanın bu hərəkətinə QƏZƏBLƏNDİ 

Zaxarova Ermənistanın bu hərəkətinə QƏZƏBLƏNDİ 


2-11-2023, 15:48. Yazar: Admin

 

Zaxarova Ermənistanın bu hərəkətinə QƏZƏBLƏNDİ 

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Ermənistanın Ukrayna ilə bağlı konfransda iştirakına münasibət bildirib.

 

Qarabaqinfo.az xəbər verir ki, o, Ermənistanın konfransda iştirakının anti-Rusiya olduğunu bildirib.

 

“Bir müddət əvvəl Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Akopyan Kiyevə səfər edib, Ermənistan parlamentinin sədri Alen Simonyan Dublində Ukrayna Ali Radasının spikeri Ruslan Stefançukla görüşüb, Nikol Paşinyan Qranadada şəxsən Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb. İrəvanda bilməlidirlər ki, söhbət aqressiv şəkildə ölkəmizə qarşı çıxanlarla nümayişkaranə dialoqdan gedir və bunun başqa adı yoxdur”, - Zaxarova deyib.

 

O, Ermənistanın Rusiya ilə müttəfiqlik münasibətlərini qəsdən pozmasının təəssüf hissi doğurduğunu vurğulayıb.


Geri dön