Ana Sayfa > Karusel / Region > Ərdoğan Qazaxıstanda səfərdədir

Ərdoğan Qazaxıstanda səfərdədir


2-11-2023, 13:49. Yazar: Admin

Ərdoğan Qazaxıstanda səfərdədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanda səfərdədir.

Qarabaginfo.az xəbər verir ki, Türkiyə mediası məlumat yayıb.Dövlət başçısı Türk Dövlətləri Təşkilatının “Türk Dövrü” şüarı altında keçiriləcək 10-cu Zirvə toplantısında iştirak edəcək.

Qeyd olunub ki, toplantı zamanı liderlər Təşkilat çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində səyləri müzakirə edəcək, cari, qlobal və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Noyabrın 3-ü Ərdoğanın təşkilata üzv ölkələrin liderləri ilə ikitərəfli görüşlər keçirməsi də gözlənilir.


Geri dön