ABŞ prezidenti Co Bayden girovları azad etmək üçün Qəzza zolağında qismən atəşkəsə çağırıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
“Məncə, fasilə lazımdır. Girovları çıxarmaq üçün vaxt verilməlidir”, – Bayden deyib.
Bayden qeyd edib ki, məhz o, Baş nazir Benyamin Netanyahunu quru əməliyyatı başlamazdan əvvəl girovların anklavdan çıxarılması üçün vaxt verməyə inandırıb. Həmçinin Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə də razılaşıb ki, yaralı yerlilər və əcnəbilər “Rəfah” keçid məntəqəsindən keçərək Qəzzanı tərk edə bilsinlər.