Ana Sayfa > Karusel / İqtisadiyyat > ABŞ-da kommersiya neft ehtiyatları 422 mln. barelə yaxınlaşıb
ABŞ-da kommersiya neft ehtiyatları 422 mln. barelə yaxınlaşıb2-11-2023, 10:45. Yazar: Admin |
Ötən həftənin yekunlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları 773 min barel artaraq, 421 893 min barel təşkil edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir. Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 261 min barel artacağını proqnozlaşdırırdı. ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir. Geri dön |