Ana Sayfa > Karusel / Qarabağ > Levon Mnatsakanyanın Bakıda öldüyü TƏKZİB OLUNDU
Levon Mnatsakanyanın Bakıda öldüyü TƏKZİB OLUNDU1-11-2023, 11:49. Yazar: Admin |
“Levon Mnatsakanyanın Bakıda öldürülməsi ilə bağlı xəbərləri təkzib edirəm”. Xatırladaq ki, bir neçə gündür ki, Ermənistanən bəzi KİV-ləri özünü buraxmış qondarma “Artsaxın keçmiş müdafiə naziri” Levon Mnatsakanyanın Bakıda işgəncələrə məruz qalaraq öldüyü barədə xəbər tirajlayır. Xəbərin mənbəyi kimi isə ehtiyatda olan polkovnik Volodya Hovhannisyana istinad olunur. Azərbaycanda indiyə kimi nə qədər erməni əsirinin öldüyü barədə suala Saakyan konkret cavab verməyib.
80-ci illərin sonunda Dağlıq Qarabağda separatçı hərəkat baş qaldırdıqdan sonra L.Mnatsakanyan bölük komandiri kimi Azərbaycan torpaqlarına təcavüzdə iştirak edib. 2003-cü ildə ona general-mayor rütbəsi verilib. Daha sonra Mnatsakanyan 1 il ərzində Rusiya Baş Qərargah Akademiyasında təhsil alıb. 2005-ci ildə Qarabağa qayıdaraq separatçı ordunun “müdafiə nazirinin müavini", 2007-ci ildə isə “baş qərargah rəisi” təyin olunub. 5 il sonra - 2012-ci ildə Ermənistan prezidentinin fərmanı ilə Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisinin müavini vəzifəsinə aparılıb. 2015-ci ildə qondarma “Dağlıq Qarabağ respublikası"nın başçısı Bako Saakyan ona general-leytenant rütbəsi verib və separatçıların "müdafiə naziri" təyin edib. Mnatsakanyan 2018-ci ilin dekabr ayına qondarma “Dağlıq Qarabağ respublikasının ordusu"na rəhbərlik edib. Geri dön |