Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Kreml müharibə əleyhinə çıxış edən sənətçilərə “tövbə qapısı” açır- Hansı şərtlər qoyulub?
Ana Sayfa > Karusel / Region > Kreml müharibə əleyhinə çıxış edən sənətçilərə “tövbə qapısı” açır- Hansı şərtlər qoyulub?

Kreml müharibə əleyhinə çıxış edən sənətçilərə “tövbə qapısı” açır- Hansı şərtlər qoyulub?


31-10-2023, 17:48. Yazar: Admin

Rusiya Prezident Administrasiyası Ukraynadakı müharibənin əleyhinə çıxış edən sənətçilərə “tövbə qapısı” açır.

Qarabaginfo.az xəbər verir ki, bu, onların Rusiyada işləməyə və çıxış etməyə davam etməsinə icazə verilməsi üçündür.

Bu barədə “Meduza”ya musiqi, teatr və kino sənayesi nümayəndələri bildiriblər.

Şərtlərdən biri Donbasa getmək və xüsusi əməliyyata dəstək videosu çəkməkdir. “Doktor Liza” Xeyriyyə Fonduna maliyyə yardımı göstərmək variantı da var. Bundan sonra mədəniyyət xadimi “qara siyahı”dan çıxarılır və ona ölkədə fəaliyyətini davam etdirməyə icazə verilir.

Sənətçilərlə danışıqları Kremlin İctimaiyyətlə Əlaqələr Departamenti aparır. “Meduza”nın həmsöhbətləri onu kino, teatr və musiqinin “baş senzoru” adlandırırlar.


Geri dön