Ana Sayfa > Karusel / Siyasət / Region > Putin Mahaçqala olaylarından sonra senzuranın gücləndirilməsini tələb edib

Putin Mahaçqala olaylarından sonra senzuranın gücləndirilməsini tələb edib


31-10-2023, 17:19. Yazar: Admin

Rusiya prezidenti Vladimir Putin Mahaçqala hava limanında antisemit qırğınlara cavab olaraq informasiya məkanında təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tələb edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, informasiya manipulyasiyası və kənar müdaxilə ilə mübarizə əmri Putinin bir gün əvvəl keçirdiyi fövqəladə iclasın nəticələrinə görə verilib.

Dağıstan hadisələrindən bir gün sonra baş tutan görüşdə Xarici Kəşfiyyat Xidməti də daxil olmaqla bütün təhlükəsizlik orqanlarının rəhbərləri, Rusiya parlamentinin hər iki palatasının rəhbərləri, eləcə də baş nazir Mixail Mişustin iştirak edib.

Təhlükəsizlik qüvvələrinə və rəsmilərə müraciət edən Putin bildirib ki, Şimali Qafqazda antisemitizm aksiyaları dünyada xaos yaratmaq və Rusiya cəmiyyətini parçalamaq istəyən ABŞ elitaları tərəfindən başlayıb.

O, İsraili də tənqid edərək, onu kollektiv məsuliyyət prinsipi ilə hərəkət etməkdə və raket hücumlarında yüz minlərlə qəzzalını öldürməkdə ittiham edib. Qəzza rəsmilərinin özləri ölənlərin sayını 7,7 min nəfər olduğunu deyirlər.


Geri dön