Müstəqil Dövlətlər Birliyi və Avrasiya İqtisadi İttifaqı iqtisadi sahədə fəaliyyəti koordinasiya etməlidir.
Qarabaqinfo.az "Sputnik"ə istinadən xəbər verir ki, bunu Birliyin baş katibi Sergey Lebedev Minskdə jurnalistlərə deyib.
O bildirib ki, inteqrasiya baxımından Aİİ üzvləri daha irəlidədir.
"Bu gün ölkələrin daimi nümayəndələri iki təşkilatın qarşılıqlı fəaliyyətini və fəaliyyətin əlaqələndirilməsi istiqamətində atılacaq addımları müzakirə edəcəklər", - Lebedev söyləyib.