Ana Sayfa > Karusel / Region > Ağbənd-İran yolunun tikintisinə 14 milyon manat ayrıldı - SƏRƏNCAM

Ağbənd-İran yolunun tikintisinə 14 milyon manat ayrıldı - SƏRƏNCAM


30-10-2023, 14:36. Yazar: Admin

Ağbənd-İran yolunun tikintisinə 14 milyon manat ayrıldı - SƏRƏNCAM

 

Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısının və Araz çayı üzərində körpünün tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 14,0 milyon manat ayrılıb. 

Qarabaginfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. 

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.


Geri dön