Gələn il əmək pensiyasının ödənilməsi xərcləri 6500 000 000,0 manat proqnozlaşdırılır.
“Dövlət Sosial Müdafiə Fondunun 2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, növbəti ildə əhaliyə ödənişlər üçün 6681,58 manat həcmində və ya Fondun xərclərinin 96,56%-i səviyyəsində proqnozlaşdırılır.
2024-cü ildə əmək pensiyalarının ödənişi xərclərinin proqnoz göstəricisi 2023-cü ilin təsdiqlənmiş proqnoz göstəricisinə nisbətən 10,04% və ya 592,82 mln manat çox nəzərdə tutulub.
2024-cü il üzrə proqnozların tərtibi zamanı əmək pensiyaları xərclərinin nominal əməkhaqqının gözlənilən artım tempinə uyğun indeksləşdirilməsi nəzərə alınıb.