Ana Sayfa > Karusel / Gündəm > Bakıda yaşayış binasında yanğın

Bakıda yaşayış binasında yanğın


16-09-2020, 10:12. Yazar: Admin

 

Bakıda yaşayış binasında yanğın hadisəsi baş verib.

 

Bu barədə Qarabaginfo.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, paytaxtın Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 18 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 


Geri dön