Ana Sayfa > Karusel / Dünya > Sülh üçün 3 prinsipi Bakı ilə razılaşdırmışıq - Paşinyan

Sülh üçün 3 prinsipi Bakı ilə razılaşdırmışıq - Paşinyan


30-10-2023, 11:41. Yazar: Admin

 

Sülh üçün 3 prinsipi Bakı ilə razılaşdırmışıq - Paşinyan

Bakı ilə 3 əsas sülh və nizamlanma prinsipi razılaşdırılıb.

 

Qarabaqinfo.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.

 

"Əgər tərəflər razılaşdırılmış bu prinsiplərə əməl etsələr, sülh müqaviləsinin imzalanması reallığa çevriləcək", - o qeyd edib.

 

Qeyd edək ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bir neçə gün əvvəl İrəvanın Bakıdan sülh sazişi ilə bağlı növbəti təkliflər aldığını bildirib. O qeyd edib ki, Ermənistan təkliflərə cavablar hazırlayır.


Geri dön