Ana Sayfa > Karusel / Dünya > İsrail Suriyanın hərbi mövqelərinə zərbə endirib

İsrail Suriyanın hərbi mövqelərinə zərbə endirib


30-10-2023, 09:38. Yazar: Admin

İsrail Suriyanın hərbi mövqelərinə zərbə endirib

<iframe title="Iframe" width="0" height="0" frameborder="0" scrolling="no"></iframe>

İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənubunda yerləşən Dəra vilayətində bu ölkənin ordusunun mövqelərinə hücum edib.

Qarabaginfo.az istinadən xəbər verir ki, bu barədə SANA agentliyi Ərəb Respublikasının silahlı qüvvələrindəki mənbəyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, zərbə yerli vaxtla saat 01:35-də Qolan təpələrindən endirilib. Hücum nəticəsində iki hərbi obyektə maddi ziyan dəyib.

Həlak olanlar və yaralananlar barədə məlumat verilmir.


Geri dön