Ana Sayfa > Karusel / Dünya > 22 nəfəri öldürüb, 60 nəfəri yaralayan şəxs intihar etdi
22 nəfəri öldürüb, 60 nəfəri yaralayan şəxs intihar etdi28-10-2023, 12:30. Yazar: Admin |
ABŞ-ın Men ştatının Lyuiston şəhərində baş verən kütləvi atışmada şübhəli bilinən Robert Kardın intihar etdiyi güman edilir.
Qarabaqinfo.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Hüquq-mühafizə orqanları onun cəsədini cinayətdən iki gün sonra tapıblar. Yerli rəsmiləri agentliyin məlumatını təsdiqləyiblər.
Hücumda şübhəli bilinən Men ştatının 40 yaşlı sakini ABŞ ordusunun ehtiyatda olan əsgəri idi. O, psixi yoxlamadan keçib və psixiatriya klinikasında müalicə alıb.
Hadisə oktyabrın 25-i axşam saatlarında baş verib. Atışma nəticəsində 22 nəfər ölüb, 60 nəfər yaralanıb. Geri dön |