Ana Sayfa > Karusel / Siyasət / Region > Aİ Azərbaycan və Ermənistanı ilin sonunadək sülh prosesini yekunlaşdırmağa çağırır

Aİ Azərbaycan və Ermənistanı ilin sonunadək sülh prosesini yekunlaşdırmağa çağırır


27-10-2023, 17:35. Yazar: Admin

 

Aİ Azərbaycan və Ermənistanı ilin sonunadək sülh prosesini yekunlaşdırmağa çağırır

Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistanı ilin sonunadək sülh prosesini yekunlaşdırmağa çağırır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Aİ Şurasının iki günlük iclasının sonunda qəbul olunan yekun sənəddə bildirilib.

“Avropa İttifaqı Şurası suverenliyin, sərhədlərin toxunulmazlığının və ərazi bütövlüyünün tanınması prinsipləri əsasında Ermənistan və Azərbaycan arasında dayanıqlı və davamlı sülhün əldə edilməsinə davamlı dəstəyini bildirir.

Aİ Brüssel normallaşma prosesini dəstəkləyir və tərəfləri xoş niyyətlə hərəkət etməyə və prosesi bu ilin sonuna qədər yekunlaşdırmağa çağırır”, - sənəddə deyilir.

Sənəddə eyni zamanda, Qarabağın erməni sakinlərinin hüquq və təhlükəsizliyinin təmin edilməsinin vacibliyi vurğulanır.


Geri dön