Ana Sayfa > Karusel / Region > İrəvan bu halda Bakıdan qaz almaq istəyir - Erməni nazir müavini
İrəvan bu halda Bakıdan qaz almaq istəyir - Erməni nazir müavini27-10-2023, 17:22. Yazar: Admin |
"Ermənistan Azərbaycanla siyasi ziddiyyətlər tənzimlənəndən sonra bu ölkədən qaz almağa hazırdır".
Qarabaginfo.az "Azadlıq Radiosu"na istinadən xəbər verir ki, bunu oktyabrın 26-da Tbilisidə "İpək Yolu" beynəlxalq forumu çərçivəsində Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan deyib. "Münaqişə səbəbindən Azərbaycandan Ermənistana qazın və elektrik enerjisinin verilməsinin dayandırılması Ermənistanın enerji sistemi üçün sarsıdıcı hadisə oldu, çünki o vaxt biz Azərbaycandan qaz alırdıq. Və sonra biz qazı ölkəmizə çatdırmaq üçün Gürcüstan ərazisindən yeni qaz kəmərinin tikintisinə başladıq. Ümid edirəm ki, bizim regionda sülh bərqərar olacaq və həmin vaxtlardakı kimi, əməkdaşlıq edə, energetika sistemlərimizi şaxələndirə biləcəyik", - nazir müavini əlavə edib.
Qeyd olunub ki, hazırda Ermənistan Rusiya və İrandan qaz alır. Ermənistan qazın qarşılığında İrana elektrik enerjisi verir. Geri dön |