Ana Sayfa > Karusel / Region > Simonyan: Azərbaycan və Türkiyə ilə yolların açılması üçün bütün addımlar atılmalıdır

Simonyan: Azərbaycan və Türkiyə ilə yolların açılması üçün bütün addımlar atılmalıdır


27-10-2023, 16:55. Yazar: Admin

 

Simonyan: Azərbaycan və Türkiyə ilə yolların açılması üçün bütün addımlar atılmalıdır

Ermənistan regionun ticari-iqtisadi əlaqələrindən kənarda qala bilməz.

Qarabaginfo.az “Armenia Today” xəbər portalına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə bildirib.

Simonyan bildirib ki, Azərbaycan və Türkiyə ilə yolların açılması üçün bütün addımlar atılmalıdır, çünki yalnız bundan sonra Ermənistan iqtisadiyyatı iki-üç dəfə artacaq, sülh şəraiti hökm sürəcək.

“Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bölmələrindən biri ölkə ərazisindən keçən beynəlxalq kommunikasiya vasitələrinə nəzarət edəcək”, - Simonyan əlavə edib.


Geri dön