Ana Sayfa > Karusel / Dünya > Rusiya aviaşirkəti Gürcüstana uçuşlar həyata keçirəcək

Rusiya aviaşirkəti Gürcüstana uçuşlar həyata keçirəcək


27-10-2023, 16:00. Yazar: Admin

 

Rusiya aviaşirkəti Gürcüstana uçuşlar həyata keçirəcək

Rusiyanın "Red Wings" aviaşirkəti Kazandan Tbilisi və Kutaisiyə uçuşlara başlayır.

 

Qarabaqinfo.az  xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.

 

Kazan-Tbilisi reysləri noyabrın 13-dən həftədə iki dəfə - çərşənbə və cümə günləri yerinə yetiriləcək. Dekabrın 3-dən etibarən çərşənbə axşamı və bazar günləri Kazandan Kutaisiyə də təyyarələr uçacaq.

 

Əvvəllər "Red Wings" Moskvadan Batumiyə (noyabrın 3-dən), eləcə də Çelyabinskdən Tbilisiyə (noyabrın 15-dən) birbaşa uçuşların başlandığını elan etmişdi.


Geri dön