Ana Sayfa > Karusel / Gündəm > Dünyada PUA-lar vasitəsilə ilk müharibə Qarabağda qazanıldı - Bayraktar

Dünyada PUA-lar vasitəsilə ilk müharibə Qarabağda qazanıldı - Bayraktar


27-10-2023, 15:20. Yazar: Admin

 

Dünyada PUA-lar vasitəsilə ilk müharibə Qarabağda qazanıldı - Bayraktar

Anadolu PUA gəmisinə yerləşdiriləcək "Bayraktar TB3" və "Kızılelma" aviasiya tarixində bir inqilabdır.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə  Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar bildirib. 

 

O, qeyd edib ki, bununla dünya döyüş tarixində inqilabi yeni bir dövr açılacaq: "Necə ki, türk orduları dünyada PUA-lar vasitəsilə ilk müharibəni Qarabağda qazandı. Donanmalarda uçan və ən qabaqcıl hava hücumundan müdafiə silahlarını, zirehli texnikanı və tanklarını məhv edən "Bayraktar TB2"lər sayəsində dünyada döyüş paradiqması dəyişdisə, "Bayraktar TB3" və "Kızılelma"nın TCG Anadolu-ya yerləşdirilməsi ilə dünya döyüş tarixində inqilabi yeni bir dövr açılacaq.Bu, Cümhuriyyətimizin 100 illiyinə daha bir hədiyyə olacaq".


Geri dön