Ana Sayfa > Karusel / Region > Qaribaşvili: Gürcüstan Azərbaycan və Ermənistan arasında vasitəçiliyə hazırdır

Qaribaşvili: Gürcüstan Azərbaycan və Ermənistan arasında vasitəçiliyə hazırdır


27-10-2023, 11:32. Yazar: Admin

Qaribaşvili: Gürcüstan Azərbaycan və Ermənistan arasında vasitəçiliyə hazırdır

Gürcüstan qərəzsiz və neytral vasitəçi olaraq Azərbaycan və Ermənistan arasında vasitəçiliyə hazırdır.

Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə Heydər Əliyev Adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının təməlqoyma mərasimində çıxışı zamanı bildirib.

"Mənim hökumətim regionda uzunmüddətli sülhün bərqərar olunmasında iştirak etməyə hazırdır",- hökumət başçısı əlavə edib.

Baş nazir teatr binasının Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində inşa edildiyini və bunun Azərbaycan və Gürcüstan arasındakı məhsuldar əməldaşlıqdan xəbər verdiyini bildirib.

Hökumət başçısı Azərbaycan Prezidenti İlham Əliyevin bir müddət öncə Gürcüstana səfər etdiyini və burada baş tutan görüşün çox məhsuldar keçdiyini xatırladıb. O, Tbilisi Beynəlxalq İpək Yolu Forumunda iştirak etmək məqsədilə Tbilisiyə gəldiyi üçün Baş nazir Əli Əsədova təşəkkür edib və onun bu ziyarətinin yüksək qiymətləndirildiyini vurğulayıb.


Geri dön