Ana Sayfa > Karusel / Dünya > Slovakiya və Macarıstan Aİ-nin Ukraynaya pul ayırmasına qarşı çıxıb
Slovakiya və Macarıstan Aİ-nin Ukraynaya pul ayırmasına qarşı çıxıb27-10-2023, 11:01. Yazar: Admin |
Macarıstan və Slovakiyanın baş nazirləri Viktor Orban və Robert Fiko Ukraynaya Avropa İttifaqı fondundan 50 milyard avro məbləğində yeni yardım paketinə qarşı çıxıblar.
Qarabaqinfo.az xəbər verir ki, bu barədə “Politico” vəziyyətlə tanış olan diplomata istinadən yazıb.
Nəşrin məlumatına görə, Brüsseldə əlavə maliyyələşdirmənin müzakirəsi zamanı Robert Fiko Ukraynada korrupsiya ilə bağlı problemlərə diqqət çəkib. Öz növbəsində Viktor Orban əvvəlcədən açıq şəkildə etiraz edib.
“Aİ-nin dəstəyi işləmir”, - deyə o bəyan edib.
Qeyd edək ki, Ukrayna üçün əlavə 50 milyard avro Aİ-nin 2024-2027-ci illər üçün büdcə layihəsinə daxil edilməli idi. Aİ büdcəsinə düzəliş etmək üçün birliyə üzv olan 27 ölkənin hamısının razılığı tələb olunur. Geri dön |