Ana Sayfa > Karusel / Siyasət > Gəlininin ölümünə dözməyən qayınananın ürəyi PARTLADI
Gəlininin ölümünə dözməyən qayınananın ürəyi PARTLADI27-10-2023, 09:57. Yazar: Admin |
Sumqayıtda gəlininin ölümünə dözməyən qayınananın ürəyi partlayıb. Qarabaginfo.az xəbər verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin Şirvan yaşayış massivində qeydə alınıb. Belə ki, 1982-ci il təvəllüdlü Məmmədova Nuranə Məhəmməd qızı yaşadığı evdə uzun sürən beyin quruması xəstəliyindən vəfat edib. Onunla eyni ünvanda yaşayan qayınanası, 1952-ci il təvəllüdlü Məmmədova Gülnaz Nüsrəddin qızı gəlininin vəfatından həyəcanlanaraq vəziyyəti pisləşib və ölüb. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır. Geri dön |