Ana Sayfa > Karusel / Dünya > Rusiya baş nazirinin müavini Zəngəzur dəhlizinin tikintisindən DANIŞDI
Rusiya baş nazirinin müavini Zəngəzur dəhlizinin tikintisindən DANIŞDI26-10-2023, 16:39. Yazar: Admin |
Rusiya baş nazirinin müavini Aleksey Overçuk Zəngəzur dəhlizinin tikintisindən danışıb.
“Ermənistan hazırda Şimal-Cənub dəhlizinin bir hissəsi deyil. Hələlik onlar Meğridən keçən yol ilə bağlı yekun mövqe formalaşdırmayıblar”. Overçuk deyib ki, artıq Azərbaycan və İran faktiki olaraq Ermənistandan yan keçməklə Araz çayının cənub sahili ilə uzanacaq avtomobil yolunun tikintisinə başlayıblar və faktiki olaraq İran ərazisindən keçən dəmir yolunun da tikintisinə dair memorandum imzalayıblar. O qeyd edib ki, İrandan keçməklə Naxçıvana və oradan da Türkiyə ilə sərhədə çıxışı olan yolun tikintisi uzunluğuna görə Zəngəzurdan keçən yoldan bir qədər fərqlənir. Geri dön |