Ana Sayfa > Karusel / Siyasət > Can Azərbaycanla əməkdaşlığımız daim davam edəcək - TBMM sədri
Can Azərbaycanla əməkdaşlığımız daim davam edəcək - TBMM sədri26-10-2023, 16:02. Yazar: Admin |
Azərbaycan Milli Məclisinin sədi Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisində (TBMM) olub.
Qarabaqinfo.az xəbər verir ki, bu barədə TBMM sədri Numan Kurtulmuş “X”də yazıb.
O bildirib ki, Türkiyə və Azərbaycan “iki dövlət, bir millət” anlayışı ilə bütün sahələrdə olduğu kimi, parlamentlərarası əlaqələrdə də əməkdaşlığı davam etdirir.
N.Kurtulmuş S.Qafarova ilə görüşü barədə bildirib ki, iki ölkə arasındakı əməkdaşlığı, regiondakı durumu müzakirə ediblər.
Onlar bölgədəki problemlərin tədricən həll olunduğunu vurğulayıblar.
“Həmçinin, Türkiyənin bütün platformalarda qardaş Azərbaycanın yanında olduğunu vurğuladıq. Can Azərbaycanla əməkdaşlığımız daim davam edəcək”, - N.Kurtulmuş əlavə edib. Geri dön |