Ana Sayfa > Karusel / Dünya > Rusiya 100 min dustağı müharibəyə göndərib - İDDİA

Rusiya 100 min dustağı müharibəyə göndərib - İDDİA


26-10-2023, 11:57. Yazar: Admin

Rusiya 100 min dustağı müharibəyə göndərib - İDDİA

Rusiya 100 minə qədər məhbusu azad edib və onları Ukraynaya döyüşməyə göndərib.


Qarabaqinfo.az xəbər verir ki, bu iddia ilə “Vaşinqton Post” qəzeti çıxış edib.
 

Məsələ burasındadır ki, Rusiya Federasiyasının ədliyyə nazirinin müavini Vsevolod Vukolov panel müzakirələrinin birində bildirib ki, 2022-ci ilin fevralına qədər Rusiyada məhbusların sayı təxminən 420 min nəfər idisə, hazırda bu,  rəqəm minimuma - təxminən 266 min nəfərə düşüb.
 

Rusyalı ekspert Olqa Romanovanın sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi yəqin ki, 100 minə yaxın məhbusu hərbi əməliyyatlarda iştiraka cəlb edib.
 

“Bu, şok rəqəmdir. Müharibənin əvvəlində 420 000 məhbus var idi. Biz bilirik ki, “Vaqner”in rəhbəri Priqojin 50 000-ə yaxın məhumu dəstəsinə cəlb etmişdi”, - Olqa Romanova bildirib.


Geri dön