Ana Sayfa > Karusel / Gündəm > Makron Qazaxıstana gedir

Makron Qazaxıstana gedir


26-10-2023, 11:49. Yazar: Admin

Makron Qazaxıstana gedir

 

Frans prezidenti Emmanuel Makron noyabrın 1-də Qazaxıstana səfər edəcək.


Qarabaqinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı bildirib.
 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin mətbuat xidməti də bununla bağlı məlumat yayıb:
 

“2023-cü il noyabrın 1-də Prezident Kasım-Jomart Tokayevin dəvəti ilə Fransa Prezidenti Emmanuel Makron Qazaxıstana rəsmi səfəri edəcək”.

Bildirilib ki, səfər zamanı iki ölkə liderləri ticarət-iqtisadi, investisiya və enerji əməkdaşlığının gücləndirilməsinə dair danışıqlar aparacaq, beynəlxalq və regional gündəlikdəki məsələləri müzakirə edəcəklər.


Geri dön