Ana Sayfa > Karusel / Region > İstiqlal Savaşında Azərbaycanın Türkiyəyə Qardaş Köməyi - FOTOLAR/VİDEO
İstiqlal Savaşında Azərbaycanın Türkiyəyə Qardaş Köməyi - FOTOLAR/VİDEO26-10-2023, 11:00. Yazar: Admin |
Bu gün Atatürk Mərkəzi və Azərbaycan Türk Ocağının təşkilatçılığı ilə “İstiqlal Savaşında Azərbaycanın Türkiyəyə Qardaş Köməyi” adlı konfrans keçirilib.
Qarabaginfo.az xəbər verir ki, konfrans Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibəti ilə keçirilib.
Tədbirdə əməkdar jurnalist Akif Aşırlı, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Milli Məclisin deputatı Arzu Nağıyev, Şimali Kipr Türk Respublikasının (ŞKTR) Bakıdakı təmsilçisi Ufuk Turqener və başqaları iştirak edib.
Əvvəlcə şəhidlərin əziz xatirəsinə görə bir dəqiqəlik sükut edilib. Ardınca Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Daha sonra əməkdar jurnalist Akif Aşırlı çıxış edib:
“Türkiyənin istiqlal mücadiləsi başlayanda Azərbaycan Xalq Ccümhuriyyətində buna böyük rəğbət bəslənilirdi. O zamankı vəziyyət eləydi ki, açıq dəstək verilə bilmirdi. Buna baxmayaraq Azərbaycan höküməti müxtəlif araçılar vasitəsilə, Amasyada olan Cəmil Cahit (Toydəmir) bəylə yazışır və Kazım Karabəkir kanalıyla Heyəti Təmsiliyəyə çatdırılması üçün şifrəli teleqraflar göndərirdi. Və bu teleqraflarda Azərbaycan Xalq Cumhuriyyəti höküməti Anadoludakı Milli Mübarizə hər cür yardıma hazır olduğunu bildirirdi.14 Yenə o dönəmdə, Azərbaycan Xalq Cumhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəyli, 1, 5 milyon fransız frankı miqdarında pul yardımını göstərmək neft və çek qəbzlərini imzalamaqla Milli Mübarizə rəhbərlərinə təhvil verib”. Ardınca söz Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçıya verilib.
“Azərbaycan və Türkiyə tarixən bir coğrafiyada yaşayıb. Əlaqələrimizin tarixi kökləri dərindir. İndi iki ayrı suveren dövlətlərik. Bu gün iki ölkə arasındakı əlaqələr siyasətlə məhdudlaşmır. Qardaşlıq duyğusu bütün xalqa yayılıb. Qardaş köməyinin başlağıncı çox daha qədim tarixə söykənir. Osmanlının son dönəmlərində fərqli cəbhələrdə baş verən mücadilələr Azərbaycan qəzetlərində geniş yer tutub. Osmanlıda, paytaxt İstanbulda baş verənlərdən məlumatlı olmaqla yanaşı, eyni zamanda təlaş içərisindəydi. Nəsə etmək üçün çapalayırdılar. Hacı Zeynalabdin Tağıyevin Osmanlıya yardımları məlumdur. Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir sözünün duyğusal bağlılığını da bu cür qiymətləndirmək lazımdır. Eyni zamanda Nəriman Nərimanov Türkiyəyə yardım edib. O, deyib ki, “qardaşın qardaşa borcu olmaz. Əlaqələrimiz bu şəkildə bu günə qədər gəlib çatdı. Birinci Qarabağ müharibəsi zamanı o vaxtki siyasi hakimiyyət Azərbaycana yardım edə bilmədi. Lakin Azərbaycanın ümumilli lideri Heydər Əliyev dövlətçilik təcrübəsi ilə işğalı bir yerə qədər dayandıra bildi. 2-ci Qarabağ Müharibəsində isə Türkiyə Azərbaycanın yanında oldu. Məhz Qardaş Köməyini göstərdik”,-o, deyib. Daha sonra Şimali Kipr Türk Respublikasının (ŞKTR) Bakıdakı təmsilçisi Ufuk Turqener söz alıb.
“Ana Vətən Türkiyə ilə can Azərbaycan arasındakı əlaqələrin möhkəmliyi, yaxınlığı türk dünyasının ayrılmaz hissəsi olan Şimali Kipr türk xalqını olduqca məmnun edir. Bir müddət əvvəl ŞKTR prezidentinin Azərbaycana səfəri oldu. Onun yüksək səviyyədə qarşılanmasına görə bir daha Azərbaycan Prezidentinə təşəkkürümü bildirmək istəyirəm”,- U. Turqener deyib. Milli Məclisin deputatı Arzu Nağıyev Türkiyə və Azərbaycanın indi bütün sahələrdə bir-birini dəstəklədiyini söyləyib:
“Azərbaycan və Türkiyə bütün beynəlxalq tribunalarda bir-birlərini dəstəkləyir. 44 günlük Vətən müharibəsində Türkiyə Azərbaycanın yanında olub. Qələbəmizdən sonra bütün məntəqələrdə Azərbaycan bayrağı ilə dalğalanan yeganə bayraq Türkiyə bayrağı olub. Kaş 30 il əvvəl də yanımızda güclü Türkiyə olardı. Azərbaycan i.ğalla üzləşməzdi. Bu gün Azərbaycanda Atatürkün adı ilə bağlı hərbi təlimlər keçirilir. Təlimlərin Naxçıvanda, Bakıda, eləcə də işğaldan azad olunmu ərazilərdə keçirilməsi düşmənə ciddi mesajdır”. Geri dön |