Ana Sayfa > Karusel / Cəmiyyət > Heydər Əliyev adına Təhsil Qrantnın məbləği təsdiqlənib –-ŞƏRTLƏR/CƏDVƏL

Heydər Əliyev adına Təhsil Qrantnın məbləği təsdiqlənib –-ŞƏRTLƏR/CƏDVƏL


26-10-2023, 10:38. Yazar: Admin

Azərbaycan Respublikası Nazirlər Kabineti, AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”nın verilməsi Qaydası və həmin Təhsil Qrantının məbləği təsdiq edilib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qaydada Təhsil Qrantının dövlət büdcəsindən Elm və Təhsil Nazirliyinə ayrılan vəsait hesabına İslam Əməkdaşlıq Təşkilatına, Qoşulmama Hərəkatına üzv ölkələrin, inkişaf etməkdə olan Kiçik Ada Dövlətləri qrupuna daxil olan ölkələrin, eləcə də Azərbaycan xalqı ilə etnik, tarixi və mədəni bağlara malik xalqların və milli azlıqların yaşadığı ölkələrin vətəndaşlarının təhsilinin təşkili məqsədilə verilməsi əks olunub.

Eyni zamanda Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantının illik məbləği müxtəlif təhsil səviyyələri üzrə müəyyən edilmiş, eləcə də digər xərclər nəzərdə tutulub.

Təhsil haqqı ilə bağlı xərclərə təhsil dövrü üçün bakalavriat, magistratura, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində təhsil haqqı və dil (tədris dilinə uyğun olaraq) hazırlıq kursları üzrə xərclər, həmçinin doktorantura səviyyəsi üçün təhsil haqqı və dil (tədris dilinə uyğun olaraq) hazırlıq kursları üzrə xərclərlə yanaşı, elmi
tədqiqat xərcləri aiddir.

2.3. Beynəlxalq nəqliyyat xərclərinə proqram iştirakçısının ildə bir dəfə (tədris ilinin əvvəlində Azərbaycan Respublikasına gəliş və tədris ilinin sonunda gediş) Azərbaycan Respublikasına gəlişi və gedişi üçün beynəlxalq reyslər üzrə təyyarə biletinin (“ekonom sinif” üzrə bir baqaj xərci ödənilməklə) alınması xərcləri aiddir.

2.4. Aylıq təqaüd xərcləri proqram iştirakçısının yataqxana və ya mənzil kirayəsi, gündəlik qidalanma, tədris ədəbiyyatı ilə təminat, ictimai nəqliyyatdan (taksi xidmətindən başqa) istifadə və kommunal xərclərini əhatə edir. Bu xərclər proqram iştirakçısı Azərbaycan Respublikasına daxil olduqdan etibarən təhsil müddətinin sonunadək
olan dövrü əhatə edir.

Aylıq təqaüdlər Azərbaycan Respublikasında ali təhsil pilləsinin təhsil səviyyələri üzrə Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli 104 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti”nin 1.5-ci bəndi ilə müəyyənləşdirilmiş normativ müddətə uyğun olaraq, eləcə də hazırlıq kursları üzrə bu Qaydanın 3.2.3-cü yarımbəndində göstərilən hallar istisna olmaqla, hər tədris ili ən çoxu 10 (on) ay olmaqla ödənilir.

2.5. Tibbi yardım xərclərinə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”nın məbləği”nə uyğun olaraq proqram iştirakçısına Azərbaycan Respublikasında təhsil aldığı müddətdə göstərilən tibbi xidmət və dərman alınması xərcləri daxildir.

2.6. Viza və qeydiyyat xərclərinə proqram iştirakçısının Azərbaycan Respublikasına giriş vizasının alınması, eləcə də
proqram iştirakçısının Azərbaycan Respublikasında müvəqqəti yaşama icazəsinin alınması xərcləri aiddir.

 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birlikdə
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 8 iyul tarixli 3956 nömrəli Sərəncamının 1-ci hissəsi ilə təsis edilmiş Təhsil Qrantı proqramında (bundan sonra – proqram) Təhsil Qrantının verilməsi üçün kvotaları (o cümlədən ölkələr üzrə kvotaları), namizədlərin seçim meyarlarını və bunların əsasında Təhsil Qrantı alacaq şəxslərin siyahısını hər il may ayının 1-dən gec olmayaraq növbəti tədris ili üçün müəyyən edir.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi bu Qaydanın 1.3-cü bəndinə uyğun olaraq müəyyənləşdirilmiş siyahı üzrə proqram iştirakçılarının təhsil alacaqları Azərbaycan Respublikasının ali təhsil müəssisələrini, eləcə də ixtisasları müəyyən edir və onlara Təhsil Qrantı ilə əhatə olunan xərclərin müvafiq ali təhsil müəssisələri tərəfindən ödənilməsini təmin edir.

 


Geri dön