Ana Sayfa > Karusel / Region > Zəngəzur dəhlizi bizim üçün cəlbediciliyini itirib - Hikmət Hacıyev

Zəngəzur dəhlizi bizim üçün cəlbediciliyini itirib - Hikmət Hacıyev


25-10-2023, 17:27. Yazar: Admin

Zəngəzur dəhlizi bizim üçün cəlbediciliyini itirib - Hikmət Hacıyev

 

"Gündəliyimiz yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində nəqliyyat əlaqələrinin qurulmasından ibarətdir".

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Politico" nəşrinə müsahibəsində deyib. 

 

Hikmət Hacıyev həmçinin qeyd edib ki, Azərbaycanın Zəngəzuru ələ keçirmək kimi planı yoxdur: "Tərəflər Zəngəzur dəhlizinin açılması ilə bağlı razılığa gələ bilmədikdən sonra, layihə bizim üçün cəlbediciliyini itirib. Biz bunu İranla yerinə yetirə bilərik. Bu məsələ hələ də masanın üstündədir, lakin Ermənistan tərəfi bununla həqiqətən maraqlandıqlarını göstərmək üçün bunu tələb edəcək. 

 

Bu ayın əvvəlində Tehranla razılaşma çərçivəsində Azərbaycan qonşu ölkədən keçən yeni yol xəttinin təməlini qoydu. Bununla belə, ümidlər var ki, nəqliyyat əlaqəsi sülh müqaviləsi üzrə irəliləyişin bir hissəsi kimi bərpa oluna bilər, lakin  Azərbaycana "ekstraritorial" güzəştlər olmadan Ermənistanın sərhəd nəzarətindən yan keçməyə imkan verəcək. Hazırda sərhədlər bağlıdır".


Geri dön