Ana Sayfa > Karusel / Dünya > Ermənistanda Kanada səfirliyi açıldı

Ermənistanda Kanada səfirliyi açıldı


25-10-2023, 16:55. Yazar: Admin

Ermənistanda Kanada səfirliyi açıldı

Ermənistanda Kanada səfirliyinin açılışı olub.

 

Qarabaqinfo.az  "Sputnik Armenia"ya istinadən xəbər verir ki, səfirliyin açılışı mərasimində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və İrəvanda səfərdə olan Kanadanın xarici işlər naziri Melani Coli iştirak edib.

 

Mərasimdə Kanadanın Ermənistandakı ilk səfiri Endryu Törner də iştirak edib.

 

Qeyd edək ki, Kanada əvvəllər Moskvadakı səfirliyi vasitəsilə Ermənistanla diplomatik əlaqələr saxlayırdı. Ermənistanda Kanadanın konsulluğu olsa da, o, öz ölkəsinin vətəndaşlarına məhdud xidmətlər göstərirdi.

 

Xatırladaq ki, bir müddət əvvəl yeni səfir Endryu Törner etimadnaməsini Ermənistan Prezidenti Vaaqn Xaçaturyana təqdim edib.


Geri dön