Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan ÜST-nin bu qrupuna üzv seçildi

Azərbaycan ÜST-nin bu qrupuna üzv seçildi


25-10-2023, 13:45. Yazar: Admin

 

Azərbaycan ÜST-nin bu qrupuna üzv seçildi

Azərbaycan ÜST Regional Qiymətləndirmə Qrupuna üzv seçilib.

 

Bu barədə Qarabaqinfo.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, Astanada Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 73-cü sessiyası keçirilir. Azərbaycanı sessiyada səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

 

Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 73-cü sessiyası çərçivəsində ÜST-nin Regional Qiymətləndirmə Qrupuna üzvlərin seçilməsi baş tutub. Keçirilən seçki nəticəsində Azərbaycan ÜST-nin Regional Qiymətləndirmə Qrupuna üzv seçilib.

 

Regional Qiymətləndirmə Qrupuna üzv seçilməyimiz, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı kimi nüfuzlu bir qurumla sıx və səmərəli əməkdaşlığının uğurlu nəticəsidir.

 

Ölkəmizin ÜST-nin Regional Qiymətləndirmə Qrupuna üzv seçilməsi Azərbaycanın bu təşkilatda qərarverici mövqeyini daha da möhkəmləndirir və gələcək fəaliyyət imkanlarını genişləndirir.

 

Regional Qiymətləndirmə Qrupu ÜST-nin fəaliyyətinin qiymətləndirməsi ilə bağlı töhfələrini verir. Qrup, qiymətləndirmə fəaliyyətinin yaxşılaşdırılması, nəticələrə görə məsuliyyətin artırılması və təşkilatın araşdırma işinin təşviqi sahəsində ÜST-də mühüm rol oynayır.

 

Belə ki, Qrup, qiymətləndirmə resurslarının istifadəsi zamanı əldə edilən nəticələrə görə, hesabatlılığı təmin etmək və təcrübələrin öyrənilməsini asanlaşdırmaq məqsədini də daşıyır. Bundan əlavə, Regional Qiymətləndirmə Qrupunun fəaliyyəti qərarların qəbuluna da təsir göstərir.

 

Qeyd edək ki, ÜST-nin Avropa Regional Komitəsinə regional direktor vəzifəsinə namizədlərin qiymətləndirilməsi, meyarların müəyyən edilməsi və qısa siyahıya salınması da bu Qrup tərəfindən həyata keçirilir.


Geri dön