Ana Sayfa > Karusel / Dünya > Paşinyan Tokayevə məktub yolladı - Nələr yazıb?

Paşinyan Tokayevə məktub yolladı - Nələr yazıb?


25-10-2023, 12:44. Yazar: Admin

Paşinyan Tokayevə məktub yolladı - Nələr yazıb?

 

Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə məktub ünvanlayıb.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

 

Məktubda Qazaxıstanın Respublika Günü münasibətilə Tokayevə müraciəti əks olunub. Ermənistan baş naziri müraciətdə Qazaxıstan prezidentini əlamətdar gün münasibətilə təbrik edib.

 

"İrəvanla Astana arasında münasibətlər iki xalqın maraqlarına uyğundur", - məktubda iddia olunub.

 

Qeyd edək ki, 25 oktyabr 1990-cı ildə Qazaxıstan SSRİ tərkibində suverenliyini elan edib. Bu gün ölkədə Respublika Günü kimi qeyd olunur. Müstəqillik Günü isə Qazaxıstanın SSRİ tərkibindən çıxdığı 16 dekabr 1991-ci il tarixinin ildönümü günlərində keçirilir.


Geri dön