Ana Sayfa > Karusel / Sosial > 85 minə yaxın şəxs aliment ödəyir
85 minə yaxın şəxs aliment ödəyir25-10-2023, 11:52. Yazar: Admin |
Bakının 12 rayonu üzrə 26463, Azərbaycanın bölgələri üzrə 58157 aliment ödəyicisi var.
Ümumi olaraq, Azərbaycanda 84 620 nəfər aliment ödəyir.
Aliment ödənişində yaranan ən başlıca problem aliment ödəyicisinin daimi iş yerinin olmaması ilə bağlıdır. Bundan başqa borclunun aldığı məvaciblə ödəmə məbləğinin adekvat olmaması, faktiki yaşayış yerlərinin qeyd edilməməsi, aliment ödəyicilərinin özlərini süni şəkildə işsiz təqdim etmələri də ödənişlərin gecikməsinə səbəb olur. Geri dön |