Ana Sayfa > Karusel / Siyasət / Region > Parlament sədri: Gürcüstanın "3+3" formatında iştirakı istisnadır

Parlament sədri: Gürcüstanın "3+3" formatında iştirakı istisnadır


24-10-2023, 17:36. Yazar: Admin

Parlament sədri: Gürcüstanın "3+3" formatında iştirakı istisnadır

Bizim Gürcüstan ərazilərini işğal edən ölkənin də təmsil olunduğu formatda iştirakımız istisnadır.

Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Rusiya xarici işlər naziri Sergey Lavrovun Gürcüstanın "3+3" formatında iştirakı ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.

Spiker qeyd edib ki, Gürcüstanın şərtləri Rusiyaya bəllidir və bu ərazilərin işğaldan azad edilməsidir.

"İlk addım Gürcüstan ərazilərinin işğaldan azad edilməsidir. Biz ilk dəfə deyil ki, Rusiyadan bu cür bəyanatlar eşidirik. Bizim mövqeyimiz onlara aydındır", - Papuaşvili bildirib.


Geri dön