Ana Sayfa > Karusel / Qarabağ / Kriminal > BQXK Vardanyan, Arutyunyan və digər separatçılara baş çəkdi

BQXK Vardanyan, Arutyunyan və digər separatçılara baş çəkdi


24-10-2023, 16:49. Yazar: Admin

bqxk-vardanyan-arutyunyan-ve-diger-separatcilara-bas-cekdi

Oktyabr ayında BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə baş çəkib.

Bu barədə Qarabaginfo.az-a  BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

İ.Hüseynova qeyd edib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib:

“Ailələri ilə əlaqələri yaradılıb. Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır, müzakirə edilir”.


Geri dön