Ana Sayfa > Karusel / Region > “Putinin oxşarı yoxdur, belə xəbərlər gülüş doğurur”- PESKOV

“Putinin oxşarı yoxdur, belə xəbərlər gülüş doğurur”- PESKOV


24-10-2023, 15:32. Yazar: Admin

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov 71 yaşlı Vladimir Putinin səhhətində ciddi problemlər olması və ictimai tədbirlərdə onun yerinə oxşarının çıxış etməsi ilə bağlı xəbərləri şərh edib.

Qarabaginfo.az xəbər verir ki, Peskov bu xəbərlərin yalan olduğunu deyib.

Onun sözlərinə görə, bu cür məlumatlar absurd kateqoriyasına daxil olsa da, bir sıra media orqanları tərəfindən təkidlə müzakirə olunur.

“Putini oxşarı yoxdur, belə xəbərlər Kremldə yalnız gülüş doğurur”, – Peskov bildirib.

O qeyd edib ki, Putinin ürəyində problemlərin olması ilə bağlı yayılan xəbərlər də həqiqətə uyğun deyil.


Geri dön