Ana Sayfa > Karusel / Dünya > Ermənistan onu Rusiyaya səfir göndərmək İSTƏYİR
Ermənistan onu Rusiyaya səfir göndərmək İSTƏYİR24-10-2023, 14:48. Yazar: Admin |
Ermənistanın hakim “Mülki Müqavilə” partiyasından olan deputatı Qurgen Arsenyan Ermənistan Respublikasının Rusiya Federasiyasındakı səfiri vəzifəsinə namizədliyi ilə bağlı mətbuatda yayılan məlumatı təsdiqləyib.
Qarabaqinfo.az xəbər verir ki, oktyabrın 24-də parlamentdə jurnalistlərlə söhbətində Arsenyan səfir olmağa razı olub-olmayacağı ilə bağlı suala cavab verib:
Ona belə bir təklifin olub-olmadığına aydınlıq gətirilməsi istənildikdə Arsenyan jurnalistlərə qəzəblənib: “Mənim sənədlərim hazırda Rusiya Federasiyasındadırsa, necə təklif olmasın?”.
Eyni zamanda, Arsenyan Moskvanın onun namizədliyini rədd etməsi ilə bağlı məlumatları dezinformasiya adlandırıb. Geri dön |