Ana Sayfa > Karusel / Region > Moldovada Rusiyanın 20-dən çox saytına giriş bloklanıb
Moldovada Rusiyanın 20-dən çox saytına giriş bloklanıb24-10-2023, 13:50. Yazar: Admin |
Moldova İnformasiya Təhlükəsizliyi Xidməti ölkədə Rusiyanın bir sıra media quruluşlarının bağlanması barədə qərar qəbul edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə “Sputnik”in Moldova bürosu məlumat yayıb. Qərara əsasən, Rusiyaya məxsus ümumilikdə 22 media qurumunun rəsmi internet saytlarına giriş məhdudlaşdırılacaq. Onların sırasında ltv.ru, ntv.ru, rt.com, ren.tv və digər tanınmış media qurumlarının saytları yer alır. Xatırladaq ki, bu ilin mart ayında qəbul olunan qərarla artıq Rusiyanın bir sıra saytları, o cümlədən “Sputnik” xəbər agentliyinin veb səhifələrinə Moldova ərazisində giriş qadağan olunub. Geri dön |