Ana Sayfa > Karusel / Region > Türkiyəli spiker: Krım tatarlarının haqlı mübarizəsini hər zaman dəstəkləyirik

Türkiyəli spiker: Krım tatarlarının haqlı mübarizəsini hər zaman dəstəkləyirik


24-10-2023, 13:47. Yazar: Admin

Türkiyəli spiker: Krım tatarlarının haqlı mübarizəsini hər zaman dəstəkləyirik

“Türkiyə Krım tatarlarının haqlı mübarizəsini hər zaman dəstəkləyir”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Beynəlxalq Krım Platformasının 2-ci Parlament Zirvəsində çıxışı zamanı bildirib.

O qeyd edib ki, Krım tatarlarının haqlarının qorunması və yarımadada onların statuslarının gücləndirilməsi Türkiyə üçün son dərəcə önəmlidir.

“Bu müharibənin (Rusiya-Ukrayna müharibəsi - red.) dayandırılması Türkiyə üçün ən təməl prinsipdir. Türkiyə həm Ukraynanın haqlı mübarizəsini dəstəklədi, həm də müharibənin coğrafiyasının daha da genişlənməməsi üçün üzərinə düşəni edib”, - o vurğulayıb.

Numan Kurtulmuş onu da əlavə edib ki, Türkiyə Krımın, Ukraynanın digər ərazilərinin də Rusiya tərəfindən işğalını tanımır, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.


Geri dön