Ana Sayfa > Karusel / Multimedia > Əli Nağıyev: Azərbaycanın beynəlxalq kibertəhlükəsizlik üzrə reytinqdə mövqeyi yüksəlib

Əli Nağıyev: Azərbaycanın beynəlxalq kibertəhlükəsizlik üzrə reytinqdə mövqeyi yüksəlib


24-10-2023, 13:06. Yazar: Admin

Əli Nağıyev: Azərbaycanın beynəlxalq kibertəhlükəsizlik üzrə reytinqdə mövqeyi yüksəlib

Azərbaycanın beynəlxalq kibertəhlükəsizlik üzrə reytinqdə mövqeyi yüksəlib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevin "Critical Infrastructure Defence Challenge 2023" ilə bağlı keçirilən mətbuat konfransında səsləndirilən müraciətində bildirilib.

"Belə ki, kibertəhlükəsizlik sahəsində 176 ölkənin 46 indikator üzrə fəaliyyətinin qiymətləndirilərək sıralandığı Milli Kibertəhlükəsizlik İndeksinin reytinq cədvəlində Azərbaycan 36 pillə yüksələrək 86-cı yerdən 50-ci yerə irəliləyib. Bu nəticə, sözügedən reytinq cədvəlində ölkəmizin hal-hazıradək qazandığı ən yüksək mövqedir. Hazırda həmin reytinq cədvəlində Gürcüstan 44-cü, Ermənistan isə 96-cı pillədədir", - deyə müraciətdə bildirilir.


Geri dön