Ana Sayfa > Karusel / Qarabağ / Gündəm > Ermənilər Məşəlidə qardaşımı öldürüb, yandırdılar, atam külünü götürüb- Zərərçəkmiş

Ermənilər Məşəlidə qardaşımı öldürüb, yandırdılar, atam külünü götürüb- Zərərçəkmiş


24-10-2023, 13:02. Yazar: Admin

Ermənilər Məşəli hadisələri vaxtı qardaşımı öldürüb, yandırdılar, onun külünü atam çayniklə götürüb.

Bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin məhkəməsində zərərçəkmiş şəxs kimi tanınan Camal Allahverdiyev deyib.

O bildirib ki, hadisələr zamanı qardaşı qızı çaya düşüb, donaraq ölüb: “Digər qardaşım və mən xəsarət aldıq. Bu hadisədən sonra hamı Vaqifin, Ernesin, Armayisin adını çəkirdi. Mən heç kimi tanımıram. Xankəndidə işləyirdim. Türk olduğum üçün orda məni qəsdən iş vaxtı yıxdılar. Bundan sonra atam məni Xankəndiyə işə getməyə qoymadı”.


Geri dön