Ana Sayfa > Karusel / İdman > FHN-in əməkdaşı dünya çempionu olub

FHN-in əməkdaşı dünya çempionu olub


24-10-2023, 10:15. Yazar: Admin

FHN-in əməkdaşı dünya çempionu olub

Yunanıstanın Lutraki şəhərində sərbəst və yunan roma güləşi üzrə veteran idmançılar arasında dünya çempionatı keçirilib. Yarışda 38 ölkədən 700-ə yaxın idmançı iştirak edib.

Ölkəmizi A kateqoriyası üzrə 35-40 yaşlı sərbəst güləşçilər arasında 62 kq çəki dərəcəsində Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Cəlal Süleymanov təmsil edib.

C.Süleymanov Qazaxıstan, Yaponiya və ABŞ-dan olan rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və sərbəst güləş üzrə veteranlar arasında dünya çempionu adını qazanıb.


Geri dön