Ana Sayfa > Karusel / Dünya > Qəzza zolağındakı xəstəxanalarda tibbi ləvazimatlar və yanacaq böhranı yaşanır
Qəzza zolağındakı xəstəxanalarda tibbi ləvazimatlar və yanacaq böhranı yaşanır23-10-2023, 15:41. Yazar: Admin |
Qəzza zolağındakı xəstəxanalarda tibbi ləvazimatlar və yanacaq böhranı yaşanır. Qarabaginfo.az xəbər verir ki, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, cərrahiyyə əməliyyatları zamanı istifadə olunan keyləşdirici preparatlar tükəndiyi üçün, hazırda əməliyyata ehtiyacı olanların müalicəsi anesteziya tətbiq olunmadan aparılır. Yaralıların arasında xeyli sayda uşaq olduğu qeyd olunub. Həmçinin əlavə olunub ki, bütün xəstəxanaların yanacağı tükənib. İsrailin Qəzza zolağını atəşə tutması nəticəsində yanacaq çatışmazlığı səbəbindən 12 xəstəxana və 32 tibb mərkəzi fəaliyyətini dayandırıb. Geri dön |