Ana Sayfa > Karusel / Siyasət > Prezidentdən Ziyafət Əsgərovla bağlı - Sərəncam

Prezidentdən Ziyafət Əsgərovla bağlı - Sərəncam


23-10-2023, 15:27. Yazar: Admin

prezidentden-ziyafet-esgerovla-bagli

Prezident İlham Əliyev Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovla bağlı Sərəncam imzalayıb. 

Qarabaginfo.az xəbər verir ki, Sərəncamla ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ziyafət Abbas oğlu Əsgərov “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, sabah Z.Əsgərovun 60 yaşı tamam olur. 


Geri dön