Ana Sayfa > Karusel / Təhsil > Bu şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcək

Bu şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcək


23-10-2023, 14:44. Yazar: Admin

Bu şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcəkAzərbaycanda cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcəklər.

Qarabaginfo.az xəbər verir ki, bununla bağlı “Ümumi təhsil haqqında” qanuna dəyişiklik təklif edilir.

Dəyişikliklə qanunun 27.2.5-ci maddəsinə “və ya” sözlərindən sonra “cinsi” sözü əlavə olunur. Təklif olunan dəyişiklikdən sonra isə cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcəklər.

Qanunun hazırkı bəndində isə qeyd edilib ki, uşaqlara qarşı cinsi istismar və ya zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər.


Geri dön