Ana Sayfa > Karusel / Təhsil > Azad olunmuş ərazilərdə 19 yaşayış məntəqəsinin layihələndirmə işləri başa çatdırılacaq
Azad olunmuş ərazilərdə 19 yaşayış məntəqəsinin layihələndirmə işləri başa çatdırılacaq23-10-2023, 14:34. Yazar: Admin |
Sevindirici haldır ki, artıq 295 ailə Laçın şəhərinə köçürülüb, 21 ailə də Zabux kəndinə qayıdıb. APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının şöbə müdirinin müavini, İdarələrarası Onun sözlərinə görə, köçürülən əhalinin məşğulluğu istiqamətində uğurlu layihələr həyata keçirilir: “İşğaldan azad edilmiş bütün ərazilərdə bərpa-quruculuq işləri davam edir. 92 yaşayış məntəqisindən ümumilikdə 36-sının layihələndirmə işləri yekunlaşıb, 37 yaşayış məntəqəsi üzrə layihələndirmə işləri davam etməkdədir. 19 yaşayış məntəqəsinin layihələndirmə işlərinin 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur. 10 min kv.km-dən artıq ərazidə hazırda genişmiqyaslı tikinti-quruculuq işləri artan templə davam etməkdədir. Keçmiş məcburi köçkünlərin Ağalı kəndinə, Talış qəsəbəsinə, Füzuli və Laçın şəhərlərinə, Zabux kəndinə köçü təmin edilib və qarşıdakı aylarda, illərdə də bu prosesin davamının şahidi olacağıq. Bütün bu işlər imkan verir ki, 2023-cü ili Böyük Qayıdışın başlanğıcı kimi dəyərləndirək”. Geri dön |