Ana Sayfa > Karusel / Hadisə > Mingəçevir su anbarında itkin düşən balıqçının axtarışına amfibiya təyyarəsi cəlb olunub

Mingəçevir su anbarında itkin düşən balıqçının axtarışına amfibiya təyyarəsi cəlb olunub


23-10-2023, 14:22. Yazar: Admin

Mingəçevir su anbarında itkin düşən balıqçının axtarışına amfibiya təyyarəsi cəlb olunub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə 1972-ci il təvəllüdlü Bayramov Sərdar Saleh oğlunun Mingəçevir şəhəri yaxınlığında Mingəçevir su anbarında balıq tutmaq üçün qayıqla çıxaraq geri qayıtmaması barədə məlumat daxil olub və dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarış işlərinə başlanılıb, Nazirliyin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya təyyarəsi də axtarış tədbirlərinə cəlb olunub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Aparılan axtarış işləri nəticəsində S.Bayramovun meyiti sahildən təqribən 5km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Geri dön